İrəvan küçələrindən "çay axdı" - VİDEO

 04-05-2024

Axşam yağan güclü leysandan sonra İrəvan küçələri suyun altında qalıb.

Ölkə.Az xəbər verir ki, gecə saatlarında şəhərin bir sıra rayonlarında güclü yağış bir sıra fəsadlara səbəb olub.

İrəvanın mərkəzində, Tiqran Mets prospekti ilə Xancyan küçəsinin kəsişməsində yerləşən yerüstü piyada keçidinin altını su basması nəticəsində avtomobil yolu bağlanıb.

Yolda yağışa düşən sürücülər avtomobillərinin damına çıxaraq, hər zaman olduğu kimi, “qəfil güclü yağışa hazır olmayan” şəhər rəhbərliyindən tədbir gözləyiblər.

Mürtəza
Ölkə.Az

Bənzər yazılar

0.19184398651123