Ölkə əhalisinin sayı ilin əvvəlindən 9016 nəfər və ya 0,1 faiz artaraq 2024-cü il aprel ayının 1-i vəziyyətinə 10189786 nəfərə çatıb.
Bu barədə Ölkə.az-a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Əhalinin ümumi sayının 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.