Adil Kərimli: "Azərbaycanın antiterror tədbirləri türk dünyası üçün olduqca əhəmiyyətlidir"

 10-12-2023

"Şuşanın ənənəvi mədəni mühiti yenidən canlanır. Zəfərimiz isə bütün Türk dünyası üçün tarixi bir hadisədir".

Report.az xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli "Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı- 2023” ilinin rəsmi bağlanış mərasimində deyib.

"Şuşanın ənənəvi mühitinin yenidən canlanması üçün istər ölkə xaricində, istərsə də ölkəmizdə genişmiqyaslı tədbirlər keçirilir. Bu istiqamətdə Şuşa mədəniyyət günlərini xüsusi olaraq vurğulamaq olar", - A.Kərimli qeyd edib.

Nazir bildirib ki, ortaq türk mədəniyyətinin təbliği məsələsində TÜRKSOY-un əməyi əvəzsizdir:

"Biz də Mədəniyyət Nazirliyi olaraq, həmişə onlara bu istiqamətdə öz dəstəyimizi göstərməyə hazırıq. Azərbaycanın bu ilin sentyabrında həyata keçirdiyi lokal antiterror tədbirləri türk dünyası üçün olduqca əhəmiyyətlidir. Bu ilin ən yaddaqalan hadisələrdən biri də Azərbaycanın suverenliyinin tam şəkildə bərpa etməsidir. Bu, bütün türk dünyası üçün bayramdır.

Şuşanın və Qarabağın tarixini əks etdirən abidələrimizin erməni işğalçıları tərəfindən dağılmış vəziyyətə gətirilməsinə baxmayaraq, bu günə kimi 16 abidəmiz tam bərpa olunmuş və öz tarixi görüntüsü ilə göz oxşayır”.

A.Kərimov bildirib ki, “Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı-2023” adını daşımaq çox şərəfli və qürurverici idi:

“İlboyu çoxsaylı festivallara forum və konfranslara ev sahibliyi etmək bizi çox sevindirir. Biz bununla Şuşanın bütün çağdaş türk dünyası üçün nə qədər böyük məna daşıdığını gördük. Azad Şuşada quruculuq işləri dayanmadan aparılmaqdadır. Şuşanın siması demək olar ki, aydan-aya dəyişir. Şəhər öz tarixi və memarlıq böyüklüyünü dirçəldərək, eyni zamanda özündə yenilik və müasirlik gətirən layihələri reallığa çevirir”.

Bənzər yazılar

0.19436311721802