Qərbi Azərbaycan Xronikası: Ləmbəli kəndində tapılan qəbirin üzərindəki yazının mənası - VİDEO

 09-12-2023

Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Verilişin bu dəfəki sayında Qərbi Azərbaycanın Ləmbəli kəndindən söhbət açılır.

Bildirilir ki, Ləmbəli sözünün yaranması ilə bağlı müxtəlif versiyalar var. Müəllim Bilal Ənsərovun sözlərinə görə, Ləmbəli sözü ləmpəli sözünün məntiqi davamıdır. Müəllim Əhmədxan Ənsərov isə deyir ki, Ləmbəli sözünün mənası qarışıq, keçilməz yol anlamına gəlir.

Ziyalı Ceyran Ənsərov Ləmbəli haqqında məlumat verərkən qeyd edib ki, o, dağların ətəyində salınmış dörd kəndi özündə birləşdirən şəhər tipli qəsəbə olub.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı süjetdə:

 

Bənzər yazılar

0.22234392166138