Əli Əsədov Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştləri bağlı qərar imzaladı

 07-12-2023

Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarına dəyişiklik edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Dəyişikliklə qaydanın 2.1.6-cı yarımbəndindən “həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında” sözləri çıxarıb.

Qaydanın əvvəlki variantı isə belədir:

Şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar;

  • 1. arvadı (əri);
  • 2. valideynləri;
  • 3. 18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları;[5]
  • 4. qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar;
  • 5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa;

2.1.3 və 2.1.4 bəndlərində ( 18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları; qardaşları və bacıları - uşaq evlərində tərbiyə olunanlar) göstərilənlər əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər.

 

Bənzər yazılar

0.16374111175537