17 ili tamam olmuş hərbçilər 20 illik stajla pensiyaya çıxa biləcək

 07-12-2023

"17 ili tamam olmuş hərbçilər 20 illik stajla pensiyaya çıxa bilər". 

Bunu Qaynarinfo-ya açıqlamasında deputat Arzu Nağıyev hərbi qulluqçuların pensiya yaşının artırılması ilə bağlı qanun layihəsini şərh edərkən deyib.

Deputat bildirib ki kalendarla 17 ili tamam olmuş və hazırda 20 ili tamam olmuş hərbçilər maaşının 50 faizini qazanmış olaraq pensiyaya çıxa biləcək:

"Amma bu tək 50 faiz deyil, hərbçi döyüş bölgəsində, müharibə bölgəsində olubsa, Bakıda deyil Qarabağda qulluq edibsə, o faizlərin hamsı pensiyasının üzərinə gələcək". 

Arzu Nağıyev hərbçilərin mənzil təminatı ilə bağlı məsləyə də aydınlıq gətirib:

"Hərbçilərin mənzil təminatın bu məsələyə aidiyyatı yoxdur. Mənzili 20 il qulluq etmədən də ala bilər. Pensiyaya çıxandan sonra da evlə təmin oluna bilər. Hazırda 17 ildən az stajı olan hərbçillər 25 ili tamam olduqdan sonra pensiyaya çıxacaq. Amma onların pensiyası 50 faizlə deyil 65 faizlə hesablanacaq".

 

Bənzər yazılar

0.18222713470459