Bakıda və rayonlarda zəlzələyə görə işlər başlanır

 07-12-2023

Seysmik rayonlaşdırılma xəritəsinin hazırlanması üçün FHN-lə birlikdə yapon mütəxəssislərinin iştirakı ilə gələn il işə başlayacaq.

Bu sözləri AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, professor Qurban Yetirmişli deyib.

"Bundan əlavə, şəhərsalma, yerli icra orqanları , Ekologiya və Təbii Sərvətlər Nazirıiyi ilə razılıq əldə olunub və bu barədə işlər gedir",- deyə o söyləyib.

Onun sözlərinə görə, bugünkü zəlzələ iyul ayında Xəzər dənizində baş verən ocaqda qeydə alınıb:

“Zəlzələdən sonra afterşoklar olacaq. Ancaq ola bilsin ki, hiss olunmasın. Zəlzələ həmin yerdədi, həmin qırılma boyudur. Həmin zaman da 6-7 afterşok olmuşdu. Heç biri də hiss olunmamışdı. Bu gün baş verən zəlzələnin davametmə müddəti 50 saniyə, hissolunma müddəti 7 saniyə təşkil edib”.

O bildirib ki, zəlzələyə səbəb Siyəzən qırılmasının aktivləşməsidir: “Zəlzələdən sonra 6 afterşok qeydə alınıb”.

FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov isə əlavə edib ki, seysmik rayonlaşdırma xəritəsi əsasən, Bakı şəhəri Abşeron yarmadasını əhatə edəcək.

FHN rəsmisi bildirib ki, sözügedən xəritədə Bakıda, məsələn, 7-8 bal gücündə zəlzələ baş verdiyi təqdirdə ola biləcək seysmik risklər də əhatə olunacaq.

Qeyd edək ki, dekabr 7-də yerli vaxtla saat 08:16 Xəzər dənizində zəlzələ qeydə alınıb.

Yeraltı təkanlar 5,6 maqnitudada baş verib, zəlzələ ocağı 68 km dərinlikdə yerləşib.

Zəlzələ Xəzər dənizinə yaxın olan rayonlarda və Abşeron yarımadasında bəzi yerlərdə 5 bal, bəzi yerlərdə isə 3 bala qədər hiss olunub. Zəlzələnin episentri Siyəzən stansiyasından 60 km şərqdə Xəzər dənizində olub.

 

 

Bənzər yazılar

0.16300988197327