Hiyləgər ABŞ və Cənubi Qafqaz planı - VİDEO

 01-12-2023

Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında siyasi gərginliyin nəticəsi olaraq rəsmi Vaşinqtondan ölkəmizə qarşı ikili standartlar sərgilənir.

Düzdür, bu gərginlik nisbətən səngisə də, dövlət katibi Antoni Blinkenin Prezident İlham Əliyevlə telefon danışığından sonra şərtlərimiz qəbul edilsə də, bu, Ağ Evin məkrli planlarından imtina etdiyi anlamına gəlmir.

Çünki Birləşmiş Ştatlar Ermənistan vasitəsilə regiona diktə etmək üçün bütün mümkün variantlardan istifadə etməyə çalışır.

Məlumdur ki, Birləşmiş Ştatlar müstəqil siyasət yürüdən, öz milli maraqlarından çıxış edən dövlətləri və onların güclü liderlərini qəbul etmir. Bunun üçün marionet dövlətlər və liderlərdən istifadə edir ki, onların vasitəsilə xaos yaratsın və bununla yeni siyasi rıçaqlar əldə edilsin.
Görünən odur ki, müxtəlif coğrafiyalarda çaxnaşmalar yaradan ABŞ mərkli planlarını indi də Cənubi Qafqazda reallaşdırmaq istəyir.

Təbii ki, regionda sülh və sabitliyin bərpası, iqtisadi inkişaf, kommunikasiyaların açılması inkişafa gedən yeganə yoldur. Münaqişələrin və maraq toqquşmalarının ortasında qalan, günü-gündən zəifləyən Ermənistan isə bu inkişafa mane olmaq əvəzinə töhfə versə, daha yaxşı olar. Çünki region ölkələri nə qədər müttəfiqlik şəraitində fəaliyyət göstərsə, kənar qüvvələrin də təxribatları uğursuzluğa düçar olacaq.

Ətraflı Baku TV-nin süjetində:

 

Bənzər yazılar

0.16070795059204