Dəfn pul artırılacaq, bu sənəd kifayətdir 

 27-11-2023

Dəfn olunanların müavinəti pensiyaçılar üçün 840, pensiyaçı olmayanlar üçün 500 manatdır.

Bunu əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev Milli Məclisinin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deputatların suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, bu rəqəm son illərdə 8 dəfə artırılıb. “Dəfn müavinətinin gələcəkdə də artırlması tendensiyası davam edəcək. Pensiyaçılar üçün bu davamlı olaraq artacaq”, - nazir deyib.

Nazir onu da deyib ki, dəfn olunanlara müavinətin verilməsi üçün dəfn olunanın ölüm kağızı yetərlidir: “Çünki şəxs öləndən sonra bu məsələdə ciddi mübahisələr yaranır. Ona görə də belə bir sənəd tələb olunur”.

 

Bənzər yazılar

0.16137290000916