Qərbi Azərbaycan İcması: “Ermənistan hələ də qondarma ideologiyanın girovu olmaqda davam edir”

 27-11-2023

“Ermənistan hələ də “etnik müstəsnalıq” kimi qondarma ideologiyanın girovu olmaqda davam edir“.

Bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda qeyd olunub.

Bildirilib ki, Ermənistanın Elm və Təhsil Nazirliyi tərəfindən Qarabağda “erməni mədəni irsi”nə aid 140 abidənin siyahısının tərtib olunması və beynəlxalq müstəvidə iş aparılması üçün bu ölkənin Xarici İşlər Nazirliyinə təqdim edilməsi barədə məlumatlar yayılıb:

“Qərbi Azərbaycan İcmasının Ermənistandakı Azərbaycan mədəni irsi ilə bağlı fəaliyyətini özünün suverenliyinə və ərazi bütövlüyünə qəsd hesab edən Ermənistan hökumətinin bu addımı riyakarlıq və irqçilikdir.

Ermənistan hələ də özünün uydurduğu nağıllar aləmində yaşamaqda, “etnik müstəsnalıq” kimi qondarma ideologiyanın girovu olmaqda davam edir. Ermənistan rəsmiləri başqa ölkənin ərazisində olan mədəni irsə iddia etməkdənsə, öz ərazisində Azərbaycan xalqının mədəni irsini məhv etməməli, onu başqa xalqların adına çıxarmamalı və UNESCO-nun fakt araşdırıcı missiyasının Ermənistana səfərinə imkan verməlidir”.

 

Bənzər yazılar

0.18110084533691