Qarabağa yeni köçən sakin danışdıqca ağladı - VİDEO

 14-11-2023

İşğaldan azad olunan Laçın rayonuna köç edən növbəti ailələrə evlərinin açarları təqdim edilib.

AzTV-nin Laçına ezam olunan əməkdaşının xəbərinə görə, Laçın şəhəri bu gün 10 ailəyə qucaq açıb və 40 laçınlının yurd həsrəti bitib.

Otuz bir ildən sonra yenidən Laçına qədəm qoyan ailələr sevinc göz yaşları ilə öz doğma yurduna qovuşub. 

"Seyrangah" adlanan ərazidə Laçına köçürülən növbəti ailələr böyük coşqu ilə qarşılanıblar, illərdir həsrətini çəkdikləri Laçının gözəl mənzərəsini seyr ediblər. 

Daha da gözəlləşən və abadlaşan Laçına qovuşan sakinlər dövlət başçısına, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildiriblər, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər. 

Qeyd edək ki, bununla da Laçın şəhərində 325 ailə, yəni 1245 nəfərin daimi məskunlaşması təmin edilib.

Keçiddə bu barədə daha ətraflı məlumat əldə edə bilərsiniz:

 

Bənzər yazılar

0.18425297737122