Ermənistan Nurlan İbrahimova qarşı cinayət işi açdı

 07-11-2023

Bir tərəfdən sülh müqaviləsi bağlamağa hazır olduğunu bildirən Ermənistan, digər tərəfdən ənənəvi xislətindən əl çəkmir.

Publika.az xəbər verir ki, işğalçı ölkə 44 günlük müharibə ilə bağlı cinayət işi çərçivəsində Azərbaycanın hərbi-siyasi və ordu rəhbərliyinin 20 nümayəndəsinə qarşı cinayət işi açıb.

Bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Bundan başqa, Ermənistan Azərbaycana qarşı AİHM və Beynəlxalq Ədalət Məhkəməsində iddialar qaldırıb.

Qeyd olunur ki, “Qarabağ” futbol klubunun mətbuat xidmətinin sabiq rəhbəri Nurlan İbrahimova qarşı da cinayət işi başlanıb.

Qeyd edək ki, Nurlan İbrahimov Ermənistanın Gəncə və Bərdədə dinc sakinləri bombalamasından sonra sosial şəbəkədə emosional status yazmış və daha sonra onu silmişdi.

Xatırladaq ki, Nurlan İbrahimov Vətən müharibəsi zamanı feysbuk səhifəsində ermənilərlə bağlı paylaşımına görə UEFA tərəfindən futboldan ömürlük uzaqlaşdırılıb.

İstisna deyil ki, rəsmi İrəvan Azərbaycana qarşı açdığı bu absurd dava ilə Rusiyaya sübut etmək istəyir ki, Roma Statutu prezident Putini həbs etmək üçün yox, Azərbaycana qarşı hüquqi addımlar atmaqdan ötrü ratifikasiya edilib. Ermənistan İstintaq Komitəsinin bu açıqlaması cəfəngiyyat olmaqla yanaşı, həyasızlığın zirvəsi də sayıla bilər. Azərbaycanın ərazilərini 30 ildən artıq işğalda saxlayan ölkədə əli dinc insanların qanına batmış çoxlu sayda canilər var və əslində İrəvan beynəlxalq hüquqa hörmətlə yanaşıb, müharibə cinayətləri törədən şəxsləri Azərbaycana təhvil verməlidir.

Bənzər yazılar

0.19542193412781