Azərbaycanın iri alkoqolsuz içki istehsalçısı “Pepsi Bottlers Azerbaijan” (“Mars Overseas Baku LTD” MMC) baş icraçı direktoru Gündüz Haqverdiyev barəsində protokol tərtib edilib.
Valyuta.az-ın məlumatına görə, Gündüz Haqverdiyev barəsində idarəçilik qaydaları əleyhinə olan (İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydalarının pozulması) İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə protokol tərtib olunub.
555.1-ci maddəyə əsasən, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə 1000 manatdan 1500 manatadək məbləğdə cərimə edilir.
Gündüz Haqverdiyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin verdiyi qərardan məhkəməyə şikayyət verib. İşə Binəqədi Rayon Məhkəməsində Faiq Əmirəliyev tərəfindən baxılacaq.
Qeyd edək ki, G.Haqverdiyev sözügedən vəzifəyə 2 ay əvvəl təyin olunub.