Bakıda mağazalardan birində oğurluq hadisəsi baş verib.
Bu barədə Baku.ws məlumat yayıb.
Görüntülərdə bir nəfərin mağazadan 150 AZN-lik eynəyi oğurlaması əksini tapıb.
Mağaza rəhbərliyinin iddiasına görə, eynəyi oğurlayan şəxs mərhum Xalq artisti Səyavuş Aslanın oğlu Çingizdir.
Daxili İşlər Nazirliyi mərhum Xalq artisti Səyavuş Aslanın oğlunun Bakıda mağazaların birindən eynək oğurlanması ilə bağlı iddialara münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, mağaza sahibi baş verən oğurluq barədə polisə müraciət etməyib:
“Videogörüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra obyektin sahibi Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə dəvət edilərək, hadisə barədə izahatı alınıb. Hazırda araşdırmalar davam etdirilir. Araşdırmaların nəticəsindən sonra məsələyə hüquqi qiymət veriləcək”.