“Reinteqrasiya haqqında” qanun layihəsi təkcə ermənilərə aid olmamalıdır – Zahid Oruc

 02-10-2023

“Hökumət tərəfindən Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə inreqrasiyası ilə bağlı  “Reinteqrasiya haqqında” qanun layihəsi hazırlanıb. Lakin bu qanun təkcə ermənilərə aid olmamalıdır”.

“Ölkə.Az” xəbər verir ki, bunu deputat Zahid Oruc parlamentin plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, öz yurdundan didərgin düşən məcburi köçkünlərin də öz yurdlarına qayıdışı reinteqrasiyanın tərkib hissəsi olduğundan bunlarla bağlı məsələ də orada əksini tapmalıdır. 

“Qanun layihəsində bir sıra çatışmazlıqlar var. Hesab edirəm ki, qanun layihəsini daha da təkmilləşdirilməsi istiqamətində sənədə müəyyən əlavə və dəyişikliklər edilməlidir. Qanunu elə hazırlamaq laızmdır ki, sonradan Bakıda və Respublikanın digər ərazilərində yaşamış ermənilərin reinteqrasiyasına imkan yaratmamalıdır”, - deputat qeyd edib.

 

Bənzər yazılar

0.29627919197083