“Tvitterdə yazılanlardan görünür ki, Brüsseldə Avropa İttifaqı ilə Azərbaycan arasında gərginlik yaşanır”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Europorter” saytı yazıb.
Bildirilir ki, Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell tvitində Azərbaycanın Ukrayna xalqına humanitar yardım göstərməsini, Moldovaya və cənub-şərqi Avropaya qaz tədarükünü genişləndirməyə hazır olduğunu yüksək qiymətləndiib.
J. Borrell paylaşdığı tvitdə həmçinin Aİ-nin Azərbaycan və Ermənistan arasında gərginliyi azalda biləcək səyləri dəstəkləməyə sadiq olduğunu bildirib.
Azərbaycanın Belçikadakı səfiri Vaqif Sadıqov isə öz tvitində Avropa Parlamentindən narazılığını bildirib: “İnanılmaz, amma mümkündür: Avropa Parlamenti Azərbaycan səfirindən aldığı məktubları qəsdən necə Ermənistan diasporasına çatdırıb? Maraqlıdır, bir çox həssas məsələlərlə bağlı AP-yə ünvanlanan digər məktublar da eyni şəkildə AP daxilində və ətrafındakı lobbiçi və təzyiq qruplarına ötürülübmü?”