“Əli Kərimli şəhid üzərindən alver edib ağalarına yarınır”Sevinc Fətəliyeva

 25-09-2023

“Ölkədə fəaliyyət göstərən siyasi partiyalar və onların liderləri siyasi mövqeyindən asılı olmayaraq, Azərbaycanın milli maraqları naminə bir araya gəlib vahid mövqe sərgiləməsi artıq bir ənənə halını alıb. İkinci Qarabağ müharibəsi dövründə olduğu kimi, ölkədə fəaliyyət göstərən siaysi partiyalar 19 sentyabrda Azərbaycan ordusunun Qarabağda keçirilən lokal antiterror tədbirləri zamanı da eyni mövqe sərgiləyərək dövlətin yanında olduqlarını bəyan etdilər. Bu fakt cəmiyyətimizdə milli birliyin və həmrəyliyin növbəti göstəricisidir.

Lakin hər zaman olduğu kimi, öz şəxsi maraqları naminə milli maraqları quban verib anti-Azərbaycan güclərin və erməni lobbisin maraqlarına xidmət edən AXCP və “Müsavat” nəinki antiterror tədbirlərini dəstəklədilər, hətta Azərbaycan ordusunun belə bir möhtəşəm uğuruna kölgə salmaq üçün bütün güclərini sərf ediblər”.

Bu fikirləri “Ölkə.Az”a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Azərbaycan hakimiyyətini erməni işğalına son qoymamaq üçün qətiyyətli addımlar atmamaqda ittiham edən AXCP və onun rəhbəri Əli Kərimli Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi altında Ermənistanın ölkəmizə qarşı işğalına son qoyması istiqamətində uğurlu hərbi əməliyyatlar keçirəndə isə buna qarşı çıxıb. 

“Hər vəchlə Ordumuzun son iki yüz ildən artıq müddətdə Azərbaycan tarixinə qızıl hərflərlə imza atdığı qələbəni gözdən salmaq üçün bütün imkanlarından istifadə edib. Dünya bu gün Azərbaycanın ən mürəkkəb coğrafi relyefdə oradakı əhali ilə iç-içə yaşayan cinayətkar xunta rejiminin terrorçularını və qanunsuz hərbi birləşmələrini mülki insanlara ziyan vurmadan həyata keçirdiyi və 23 saata yekunlaşdırdığı uğurlu antiterror tədbirlərini yüksək qiymətləndirdiyi halda, bu insanın bu qələbədən çox ciddi narahatlıq keçirməsi göz önündədir. Düşmən maraqlarına xidmət edən bu insan indi də bu torpaq uğrunda şəhid kimi həssas məsələdən siyasi alver edib xaricdəki ağalarına yarınmaq üçün dəridən-qabıqdan çıxır. O bu torpağın, Vətənin azadlığı, Azərbaycan dövlətinin xoş gələcəyi üçün düşünmədən  canını fəda edən şəhidlərimiz üzərindən alver edib şəxsi maraqlarını təmin etməyə çalışır.

Ancaq onlar anlamalıdırlar ki, xalqımız xaricdən aldıqları tapşırıqlarla fəaliyyət göstərən bu insanları tarixin arxivinə göndərəcək”, - deyə Sevinc Fətəliyeva vurğulayıb. 

Mürtəza
Ölkə.Az

 

Bənzər yazılar

0.33888506889343