Tanınmış ginekoloq İNTİHAR ETDİ: Özünü 11-ci mərtəbədən ATIB

 28-06-2022

Azərbaycanda tanınmış ginekoloq intihar edib.

"Report”un məlumatına görə, hadisə dünən Yasamal rayonunda baş verib.
 
Belə ki, həkim-ginekoloq Xalidə Kəngərli özünü yaşadığı çoxmərtəbəli binanın 11-ci mərtəbəsindən atıb. Həkim aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
 
Həkim yoldaşlarının verdiyi məlumata görə Xalidə Kəngərli çox pozitiv, həyat dolu və pasiyentləri ilə mehriban münasibətdə olan həkim kimi tanınıb. İki azyaşlı övladı var. Ginekoloqu tanıyanlar onun intihar etdiyinə heç cür inana bilmədiklərini dilə gətiriblər. 

Hadisə şahidi Əli Sərdaroğlu Bizim.Media-ya açıqlamasında olayı öz gözləri ilə gördüyünü bildirib: “Mən həkimin yaşadığı binanın yanında işləyirəm. Pəncərədə siqaret çəkirdim. Kölgə kimi yerə düşən bir şey gördüm. İntihar idi, yoxsa nəydi bilmirəm. Amma ətrafda hamısı deyir ki, yoldaşı ilə aralarında mübahisə etdiyi üçün intihar edib”.

Qeyd edək ki, rəsmi açıqlamalarda tanınmış həkimin ölüm səbəbi açıqlanmayıb. Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.
 
Baş Prokurorluqdan  faktı təsdiq ediblər. Qeyd edilib ki, hadisə ilə bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Bənzər yazılar

0.19263410568237