Ermənistanın Baş naziri Nikol Paşinyan növbəti dəfə Azərbaycanla bağlı təxribatçı çıxışlar edib.
MillətinSəsi.info xəbər verir ki, Paşinyan çıxışı zamanı Azərbaycanın qarşılıqlı razılaşmaların həllinə yanaşmadığını iddia edib.
“Azərbaycan tərəfi Ermənistanla xarici işlər nazirləri səviyyəsində görüş təklifinə də cavab verməyib. Azərbaycan yeni müharibəyə hazırlaşır, bu, qaçılmaz görünür”, - deyə o qeyd edib.
Xatırladaq ki, Azərbaycan tərəfi dəfələrlə Ermənistanla sülh müqaviləsinə hazır olduğunu açıqlayıb. Ölkə başçısı İlham Əliyev bugünkü çıxışı zamanı həmin məsələyə yenidən toxunub.