18 illik həyat yoldaşından ayrılan “Fənərbağça” ulduzu sosial media fenomeni ilə TƏTİLƏ GEDİB? 

 25-06-2022

18 illik həyat yoldaşı Karolina Alurraldedən ötən aylarda ayrılan Türkiyənin “Fənərbağça” klubunu ulduz futbolçusu Xose Sosanın sosial media fenomeni Mina Ceranla eşq yaşadığı iddia olunur.

Sosial medianın ən məşhur fenomenlərindən biri olan Mina Ceran bir müddətdir İbizada tətildədir.

Ceran bu yaxınlarda sosial media hesabından İbizada çəkdirdiyi fotolarını paylaşıb.

“Gossippastanew” “Instagram” səhifəsində yer alan xəbərə görə, Xose Sosa da İbizada tətildə olub.

Cütlüyün birlikdə tətil etdiyi və birlikdə yaşadığı iddia edilib.

Onların müxtəlif vaxtlarda sosial media hesablarından paylaşdıqları kadrlardakı oxşarlıq diqqət çəkib.

Mənbə: Snob Magazin

Bənzər yazılar

0.49031615257263