Səlim Müslümovun məhkəməsi təxirə salındı

 06-09-2023

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

APA.az xəbər verir ki, proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi keçirilən iclasda zərərçəkmiş tərəfin nümayəndəsi iştirak etməyib.

İclasda Səlim Müslümovun vəkili vəsatətlə çıxış edib. O, məhkəmə prosesində zərərçəkmiş şəxsin hüquqi nümayəndəsinin iştirakının təmin edilməsini istəyib. Məhkəmə heyəti vəsatəti təmin edib və həm zərərçəkmiş qurumun hüquqi varisinin iştirak etməməsini, həm də müdafiəçilərin vəsatətini nəzərə alaraq prosesin təxirə salınmasına qərar verib.

Növbəti məhkəmə prosesi oktyabrın 4-nə təyin edilib.

Qeyd edək ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub. Cinayət Məcəlləsinin 179.4 ( xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunur.

Sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra səhhətində yaranan problemlə bağlı ev dustaqlığına buraxılıb. Səlim Müslümovun cinayət işi üzrə dövlətə dəymiş ziyan 27 milyon manat hesablanıb.

Bənzər yazılar

1.173327922821