Marmarisdəki yanğın havadan GÖRÜNTÜLƏNDİ- VİDEO

 24-06-2022

Türkiyənin Muğla vilayətinin Marmaris rayonunda meşə yanğını nəticəsində zərər çəkmiş ərazilər havadan görüntülənib.

Ərazidə naməlum səbəbdən iyunun 21-də başlayan yanğın davam edir.

274 nəfər təxliyə edilib. İlk dəfə yanğınsöndürmə sahəsində 10 ton su ata bilən “CH-47 Chinook” tipli helikopter cəlb olunub.

Marmarisin yaşıllığı kömür qarasına bürünüb.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığı ilə meşə yanğınlarının söndürülməsi üçün Azərbaycan Fövqəladə Hallar Nazirliyinin amfibiya təyyarəsi Türkiyəyə göndərilir.

Mənbə: TRT Haber

Bənzər yazılar

0.28831696510315