“General Supply” QSC "Məlhəm Beynəlxalq Hospital"ı MƏHKƏMƏYƏ VERİB

 23-06-2022

Məşhur logistika şirkəti olan “General Supply” QSC “Məlhəm Beynəlxalq Hospital”ı məhkəməyə verib

32gun.az-ın əldə etdiyi məlumata görə, “General Supply” QSC  müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr və alqı-satqı müqaviləsi üzrə mübahisələr barədə barədə tələb irəli sürüb.

İddia hakim Qumru Əliyevanın  sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki,  nizamnamə kapitalı 100AZN olan "Məlhəm Beynəlxalq Hospital"ın qanuni təmsilçisi Ələddin Cabbarov Sədir oğludur.

Ələddin Cabbarov həmçinin "Diaqnoz Tibb Mərkəzi"nin baş həkimidir.

Nizamnamə kapitalı 2000AZN olan "General Supply" QSC-nin qanuni təmsilçisi Natalya Kazımzadə Viktorovnadır.

Bənzər yazılar

0.46243810653687