Ekologiya və Təbii Sərvətlər Naziriyi yanında Meşələrin İnkişafı Xidməti “Polar Tekstil” MMC ilə satınalma müqaviləsi imzalayıb.
Valyuta.az xəbər verir ki, maliyyə dəyəri 18.360,8 AZN olan müqavilədə xüsusi geyimlər və digər inventarların satın alınması nəzərdə tutulur.
Müqavilənin şərtlərindən məlum olur ki, qurum bu məbləğə fəhlə kateqoriyası üçün nəzərdə tutumuş geyim, işçi botinkası kaska və polo köynək alacaq.
“Polar Tekstil” MMC 6 avqust 2018-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisi Şükürov Ramil Vidadi oğludur.
Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi barəsində heç bir məlumat yoxdur.