Şahin Bağırov Vüqar Əsgərovu İnsan Resursları İdarəsinin rəisi təyin olunub

 29-08-2023

Dövlət Gömrük Komitəsinin İnsan Resursları İdarəsinə yeni rəis təyin edilib. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, komitə sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırovun müvafiq əmri ilə gömrük xidməti polkovnik-leytenantı Vüqar Əsgərov İnsan Resursları İdarəsinin rəisi təyin olunub. 

Qeyd edək ki, bu vəzifəyə qədər Əsgərov Vüqar Vaqif oğlu İnsan Resursları İdarəsinin rəis müavini olub və rəis vəzifəsini müvəqqəti icra edib.

 

Bənzər yazılar

0.29591298103333