Böyük Britaniyada dəmiryolçuların son 30 ildə ən böyük tətili başlayıb.
On minlərlə dəmiryolu işçisi maaşların dondurulması və iş yerlərinin ixtisarı səbəbindən etiraza qalxıb.
London metro şəbəkəsi də ayrı-ayrı tətillər səbəbindən qismən bağlanıb. Üç gün ərzində - çərşənbə axşamı, cümə axşamı və şənbə günləri əksər marşrutlarda nəqliyyat ümumiyyətlə işləməyəcək, fəaliyyətini davam etdirənlər isə qısaldılmış qrafiklə işləyəcəklər.
Mənbə: Reuters