Azərbaycan Prezidenti Daşkənddə Müstəqillik abidəsini ZİYARƏT EDİB

 21-06-2022
İyunun 21-də Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Daşkənddə Müstəqillik abidəsini ziyarət ediblər.
 
MillətinSəsi.info xəbər verir ki, Prezident İlham Əliyev abidənin önünə əklil qoyub.
 
Məlumat verilib ki, Özbəkistanın müstəqilliyinin 30 illiyi münasibətilə ucaldılan abidə özbək xalqının üç min illik tarixini əks etdirir. Yeni abidə paytaxt yaxınlığında yerləşən, ölkənin müstəqilliyinin ildönümünə həsr olunan “Yangi Uzbekiston” (“Yeni Özbəkistan”) kompleksinin mərkəzində yerləşir.
 
Altmış metr hündürlüyündəki abidə görkəmli şəxsiyyətlərin həyat və fəaliyyəti ilə əlamətdar olan dövrü əks etdirir.
 
Abidə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin tapşırığı ilə layihələndirilib. Bu abidədə Özbəkistan tarixində qədim vaxtlardan müasir dövrədək baş verən mühüm hadisələr təsvir edilib. Kompleksdə əsasən sərkərdə və döyüşçülərin, alim və mütəfəkkirlərin, maarifçilərin obrazları əks olunub.
 
Müstəqillik abidəsini sülh, azadlıq, xeyirxahlıq və xoşbəxtliyi tərənnüm edən, qanadları geniş açılmış Humay quşunun obrazı tamamlayır.
 
Sonra prezidentlər xatirə şəkli çəkdiriblər.






 

Bənzər yazılar

0.22166395187378