Deputatlara ŞAD XƏBƏR: Maaşları yenə ARTIRILIR

 20-06-2022

Milli Məclisin deputatlarının maaşı artırılır.

MillətinSəsi.info "Report"a istinadla xəbər verir ki, bununla bağlı "Azərbaycan Respublikası Milli Məclisinin deputatının statusu haqqında" qanuna dəyişiklik edilir.

Hazırki qanunvericiliyə əsasən, Milli Məclisin sədri 2475 manat miqdarında aylıq vəzifə maaşı alırdı.

Milli Məclis sədrinin birinci müavini Milli Məclis sədrinin aylıq vəzifə maaşının 90 faizi, Milli Məclis sədrinin müavini - 85 faizi, Milli Məclisin komitə və komissiya sədri - 80 faizi, Milli Məclisin komissiya sədrinin müavini - 75 faizi, Milli Məclisin deputatı isə Milli Məclis sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında aylıq vəzifə maaşı alırdı.

Milli Məclisin Sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komitə və komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları hər ay vəzifə maaşlarının bir misli məbləğində vəzifə maaşına əlavə alırlar.

Dəyişikliklə isə Milli Məclisin sədri 3550 manat miqdarında aylıq vəzifə maaşı alacaq

Milli Məclis sədrinin birinci müavini Milli Məclis sədrinin aylıq vəzifə maaşının 90 faizi, Milli Məclis sədrinin müavini - 85 faizi, Milli Məclisin komitə və komissiya sədri - 80 faizi, Milli Məclisin komissiya sədrinin müavini - 75 faizi, Milli Məclisin deputatı isə Milli Məclis sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında aylıq vəzifə maaşı alacaq.

Milli Məclisin Sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komitə və komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları hər ay vəzifə maaşlarının iki misli məbləğində vəzifə maaşına əlavə alacaqlar.

Bənzər yazılar

0.20651388168335