“Taliban” silahlıları Əhməd Şah Məsudun kiçik ölçülü büstünü təhqir edib – VİDEO

 13-03-2022

Əfqanıstanda siyasi hakimiyyətə gəlmiş “Taliban” silahlılarının məşhur Əfqanıstan siyasətçisi və hərbi komandiri Əhməd Şah Məsuda ögey münasibəti davam edir.

Əfqanıstanın “Telegram” kanallarında yayılan yeni görüntülərdə “Taliban” silahlılarının Əhməd Şah Məsuda məxsus kiçik ölçülü büstlə qeyri adekvat davrandığı əks olunub.

Görüntülər Əfqanıstan ictimaiyyəti arasında birmənalı qarşılanmayıb.

Sosial şəbəkələrdə sözügedən hərəkəti etmiş “Taliban” döyüşçüsünün cəzalandırılması tələb olunur.

Mənbə: Aamaj News

Bənzər yazılar

0.4699878692627