Azərbaycanda dövlət səviyyəsində milli-mənəvi dəyərlərimiz qorunur, TƏBLİĞ OLUNUR

 18-06-2022

“Azərbaycanda dövlətin dinə münasibəti hər zaman inkişaf edib. Hər zaman ölkəmizdə dinimizə, milli-mənəvi dəyərlərimizə böyük diqqət və qayğı olub. Hər zaman Prezident İlham Əliyev, eləcə də Mehriban Əliyeva bu məsələyə olduqca həssas yanaşıblar və milli-mənəvi dəyərlərimizin qorunması dövlətimizin siyasətində prioritet istiqamətlərdən biri olub. Biz işğaldan azad edilmiş ərazilərdə də bu diqqət və qayğını hissi edirik”.

Bunu “Report”a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O bildirib ki, Prezident İlham Əliyev, eləcə də Mehriban Əliyeva Şuşaya, Ağdama səfərlərində hər zaman dini ibadət yerlərinə həssaslıq və diqqətlə yanaşıblar:

“Ağdam məscidinə, Şuşa məscidinə ziyarəti biz yaxşı xatırlayırıq. Hətta Prezident İlham Əliyev Mehriban Əliyeva ilə birlikdə gətirdikləri Qurani-Kərim kitablarını həm Ağdam, həm də Şuşa məscidlərinə təqdim etdilər.

Eyni zamanda qeyd etmək lazımdır ki, bu gün Heydər Əliyev Fondu işğaldan azad edilmiş ərazilərdə böyük abadlıq, quruculuq işləri həyata keçirir. Yəni bu gün Zəngilan məscidi, Ağdam məscidi, Şuşadakı məscidlər Heydər Əliyev Fondunun xətti ilə təmir və bərpa olunur.

Həmçinin qeyd etmək lazımdır ki, məhz ölkəmizdə həyata keçirilən siyasət nəticəsində Prezident İlham Əliyevin bilavasitə diqqət və qayğısı ilə, Mehriban Əliyevanın bu prosesdə fəal iştirakı ilə Bibiheybət, Təzə Pir, Şamaxı Cümə məscidlərində də yüksək abadlıq, quruculuq işləri həyata keçirilib. Bu gün Azərbaycan bu siyasət nəticəsində gözəl məscidlərin olduğu, inşa edildiyi bir məkana, diyara çevrilib. Bu gün Bibiheybət məscidi, eləcə də Təzə Pir məscidi, Şamaxı Cümə məscidi ölkəmizə gələn hər bir insanı, hər bir qonağı heyran edir”.

Deputat eyni zamanda qeyd edib ki, Prezident İlham Əliyevin dini fəaliyyət sahəsində ən böyük xidmətlərindən biri də Azərbaycan İlahiyyat İnstitutunun yaradılması, onun fəaliyyətinə dəstək göstərməsidir:

“Bu institutda bütün xərclər dövlət tərəfindən ödənilir. Azərbaycan İlahiyyat İnstitutu qısa müddətdə bölgənin ən aparıcı ali dini təhsil müəssisələrindən birinə çevrilib. Bütün bunlar onu deməyə əsas verir ki, həm Prezident İlham Əliyevin, həm də Mehriban Əliyevanın siyasətində, həyata keçirdikləri addımlarda milli-mənəvi dəyərlərimizə diqqət və qayğı ön sıralardan birini tutur. Bu gün Azərbaycanda dövlət səviyyəsində İlham Əliyevin və Mehriban xanımın yüksək diqqət və qayğısı ilə milli-mənəvi dəyərlərimiz qorunur, təbliğ olunur və bu istiqamətdə mühüm addımlar atılır”.

Bənzər yazılar

0.19138097763062