Ağ Ev Dövlət Departamentinin sözçüsü Metyu Miller: Türkiyə İrəvan-Bakı nizamlanmasında məhsuldar rol oynayacaq

 08-08-2023

“Mən bu barədə ətraflı danışmaq istəmirəm. Çünki bu, xüsusi diplomatik söhbətdir. Yalnız onu deyə bilərəm ki, biz həqiqətən, Türkiyənin bunda məhsuldar rol oynaya biləcəyinə inanırıq”.

Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə Ermənistan və Azərbaycan arasında münasibətlərin həlli prosesində Türkiyənin rolunu necə müəyyənləşdirməsi ilə bağlı sualı cavablandırarkən deyib.

ABŞ Dövlət Departamentinin sözçüsü daha sonra qeyd edib: “Mən bu mübahisənin birbaşa tərəfi olan iki ölkə haqqında danışmaq istəyirəm. Biz bu ölkələrlə birbaşa əlaqə saxlamışıq. Xüsusi elçi Bono keçən həftə bölgəyə səfər edib və onlarla birbaşa əlaqə saxlayıb. Və biz inanırıq ki, bu məsələdə tərəf olmayan digər ölkələrin hər hansı şərhinə baxmayaraq, razılaşma əldə edilə bilər və biz buna nail olmaq üçün onlarla işləməyə davam edəcəyik”, - Miller bildirib.

 

 

Bənzər yazılar

0.33328580856323