Türkiyənin Antalya şəhərindən olan cütlük münasibətlərini tanış olduqları dağın zirvəsində rəsmiləşdirmək qərarına gəlib.
Nikah mərasimi 1 651 metrlik Çalbalı dağın zirvəsində baş tutub.
Sema Doğan və Oğuz Öztürk adlı gənclər dağçılıq idmanı ilə məşğul olurlar.
Onlar iki il əvvəl Konyanın Hisarçandır kəndinin ərazisində yerləşən Çalbalı dağının zirvəsinə təşkil edilən tur zamanı tanış olublar.
Havanın buludlu və çiskinli olmasına baxmayaraq nikah mərasimi uğurla baş tutub.
Mənbə: “Demirören Haber Ajansı” (DHA)