Avtomobil binanın birinci mərtəbəsindəki EVƏ GİRDİ - VİDEO

 15-06-2022

İstanbulun Kağıthane məhəlləsində əyləc sistemi nasaz vəziyyətdə olan avtomobil binanın birinci mərtəbəsindəki evin içərisinə girib.

Hadisə vaxtı evdə üç azyaşlı uşaq və onların anası olub.

Dağıntılar altında qalan uşaqlar qonşuların köməyi ilə oradan çıxarılaraq xəstəxanaya çatdırılıb.

Onların müxtəlif dərəcəli bədən xəsarətləri aldıqları bildirilir.

Mənbə: İhlas Haber Ajansı (İHA)

Bənzər yazılar

0.26934099197388