Antalyanın Korkuteli rayonu Fethiye şossesində tur avtobusu aşıb.
Qəzada 1 turistin həyatını itirdiyi, 22 nəfərin yaralandığı bildirilib.
Avtobusda 5 fərqli ölkədən gələn 20 turist, 2 bələdçi və 1 sürücü olub. Ölən şəxsin əcnəbilərdən biri olduğu qeyd edilib.
Yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanalara aparılıb.
Qəza ilə bağlı araşdırmalar davam edir.
Mənbə: “Haber Global”