Aqroparklarda məhsul yığımına BAŞLANILDI

 14-06-2022

Aqroparkların yaradılması kənd təsərrüfatı sahəsində elmi yanaşma və qabaqcıl texnologiyanın tətbiqi, məhsuldarlığın artırılması və maya dəyərinin aşağı salınması, ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsi, idxaldan asılılıq səviyyəsinin azaldılması və ixrac potensialının artırılması ilə yanaşı, regionların tarazlı inkişafının və əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə tövhələr verməkdədir.

Hazırda ölkənin 32 rayonu üzrə 239 312 hektar ərazidə ümumi layihə dəyəri 2,3 milyard manat olan 51 aqroparkın yaradılması üzrə işlər davam etdirilir.

Aqroparkların 34-ü bitkiçilik, 14-ü bitkiçilik və heyvandarlıq, 1-i heyvandarlıq, 2-i isə emal sənayesi üzrə ixtisaslaşıb. 44 aqropark artıq fəaliyyətə başlayıb, digərlərində isə layihələndirmə və tikinti işləri aparılır.

İndiyədək 25 aqroparka 184 mln. manat güzəştli kredit ayrılmış, onlardan 26-a investisiya təşviqi sənədi verilib ki, bunun nəticəsində sahibkarlar texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 39,8 mln. manat vəsaitə qənaət (gömrük rüsumu və ƏDV) ədib.

Hazırda aqroparklarda ümumi olaraq 4500-dək daimi işçi, 6300-dən çox isə mövsümü işçi çalışır.

İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA)  təşkilatçılığı ilə Qusar rayonunun, Quşunqışlaq kəndində 300 hektar ərazidə yaradılan aqroaparkda meyvə bağlarından məhsul yığımına başlanması ilə bağlı bir qrup KİV nümayəndəsinin iştirakı ilə mediatur təşkil edilib.

Media təmsilçilərinə məlumat verilib ki, aqroparkda 290 hektar intensiv meyvə bağları salınıb, müasir damlama suvarma sistemi qurulub. Ötən il aqroparkda 17485 ton məhsul istehsal edilib. Aqroparka İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 15 mln. manat güzəştli kredit verilib. Bundan başqa, Nazirlik tərəfindən verilmiş investisiya təşviqi sənədi sayəsində sahibkar texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 2,86 mln. manata qənaət edilib.

200 nəfərin daimi, 150 nəfər isə mövsümi işlə təmin edildiyi aqroparkda 264 hektar alma, 6 hektar gavalı, 19 hektar intensiv gilas bağları salınıb.

Aqroparkda müasir soyuducu anbar yaradılıb, çeşidləmə-qablaşdırma avadanlığı quraşdırılıb.

 

Bənzər yazılar

0.20649385452271