Yaponiya paytaxtında süni intellektlə təchiz edilmiş polis robotları işə başlayıb.
Belə robotlar ilk dəfə Narita hava limanında peyda olub. Onlar zahirən hündürlüyü 1,2 m olan kiçik bir avtomobili xatırladırlar.
Robotların süni intellekti kameraların çəkdiyi təsviri anında təhlil etmək qabiliyyətinə malikdir.
Ehtimal olunur ki, robotlar hava limanında asayişi təmin edəcək, həmçinin unudulmuş və ya şübhəli əşyaları axtaracaqlar.
Robotlar həmçinin dinamiklərlə təchiz olunub. Onlar zərurət yarandıqda sərnişinlərə bu və ya digər elan ilə müraciət edə və ya hər hansı bir tələbin yerinə yetirilməsinə çağırış edə bilər.
Qeyd edək ki, əvvəllər polis robotlarının oxşar modelləri Tokioda keçirilən yay Olimpiya Oyunları ərəfəsində hava limanında istifadəyə verilib. Lakin onlar süni intellektlə təchiz olunmayıb.
Mənbə: TASS