17 yaşlı sağlamlıq imkanları məhdud olan qızı zorlayan 62 yaşlı kişi SAXLANILDI

 12-03-2022

Gəncə şəhərində sağlamlıq imkanları məhdud qızı hamilə buraxmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. 

Qurumdan bildirilib ki, yaşadığı evdə R.A-nın cinsi zorakılığa məruz qalması faktı ilə bağlı Gəncə şəhər prokurorluğunda istintaq edilən cinayət işi üzrə 1960-cı il təvəllüdlü Ə.A şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. 

Qeyd edək ki, ötən gün Gəncə şəhərində 17 yaşlı sağlamlıq imkanları məhdud olan qızın qonşusu 62 yaşlı kişi tərəfindən zorlanaraq hamilə qalması və övladını dünyaya gətirmək istəməməsi barədə məlumat paylaşmışdıq. 

Baş Prokurorluq qonşusu tərəfindən zorlanan qız barədə açıqlamasında bildirilib ki, qeyd edilən faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi üzrə istintaq aparılır. 

Onu da bildirək ki, Gəncə şəhərində zorlanaraq hamilə qalan sağlamlıq imkanları məhdud qız övladının dünyaya gəlməsini istəmir.  Zərərçəkmiş 17 yaşlı R.A. bildirib ki, hadisə ötən ilin avqust ayının əvvəlində, anası ilə bacısı göz həkimində olarkən baş verib: “Mən də evdə tək idim. Küçəyə su almağa çıxmışdım. Qayıdanda qonşu, 62 yaşlı Rəşidin məni izlədiyini hiss etdim. Evə çatanda o, ardımca girdi, qolumdan tutub, döydü və zorladı”.

Qız deyir ki, o, hamilə olduğunu aylar sonra bilib: “Həkim mənə və anama öd kisəmdə problem olduğunu dedi. Yanvar ayında hamilə olduğumu bildik və polisə məlumat verdik. Gəncədəki ekspertizadan sonra yeni rəyin alınması üçün Bakıdakı həkimlərə müraciət olundu. Amma ekspertizanın rəyi hələ də, gəlməyib. Artıq yeddi aylıq hamiləyəm və uşağı istəmirəm. Hamiləliyin sonlandırılması üçün həkimlərə verəcək pulumuz yoxdur”.

Bənzər yazılar

0.14685416221619