İrəvanda valyutadəyişmə məntəqəsinə silahlı basqın olub. Bu barədə Ermənistan İstintaq Komitəsi xəbər verib.
Bildirilir ki, hüquq mühafizə orqanlarına “Yerevan Siti” ticarət şəbəkəsinin supermarketlərindən birində yerləşən mübadilə məntəqəsində quldurluq hadisəsi ilə bağlı siqnal daxil olub. Əməliyyat qrupu hadisə yerinə gedib.
Məlum olub ki, maskalı şəxs əlində qumbara ilə valyutadəyişmə məntəqəsinə daxil olub, sancağı çıxarıb və içşini hədələyib, sonra isə kassadan 4,4 milyon dram (təqribən 17,8 min manat) məbləğində nağd pul götürərək, hadisə yerindən qaçıb.
Faktla bağlı cinayət işi başlanıb.
Mənbə: EurAsiya Daily