Pivə həvəskarları üçün videooyun TƏQDİM EDİLDİ- VİDEO

 13-06-2022

“Steam” servisində “Brewmaster Beer Brewing Simulator” oyunu peyda olub.

Bu oyun sahyəsində istifadəçi özünü pivə istehsalçısı kimi sınaya bilər.

Oyunda pivə istehsalının bütün prosedurları ö əksini tapıb.

Oyunun neçə reseptdən ibarət olacağı dəqiqləşdirilməsə də, oyunçuya azı bir neçə seçimin veriləcəyi, eləcə də az tanınan pivə növlərini sınamaq imkanı olacağı bildirilir.

Pivə simulyatoru Böyük Britaniyadan olan kiçik “Auroch Digital” studiyası tərəfindən hazırlanıb.

Hazırda “Steam”-də simulyatorun yalnız demo versiyası mövcuddur. Məhsulun son versiyasının nə vaxt buraxılacağı barədə məlumat verilmir. Tərtibatçılar bunun 2022-ci ilin sonuna qədər baş verəcəyini iddia edirlər.

Mənbə: “Screen Rant”

Bənzər yazılar

0.45429992675781