DSX-nın yarım milyonluq tenderini vergi borcu olan "ME.GA.AN" MMC ŞİRKƏTİ UDUB

 12-06-2022

Dövlət Sərhəd Xidmətinin (DSX) keçirdiyi tender müsabiqəsinin qalibi "ME.GA.AN" MMC olub.

Yeniavaz.com xəbər verir ki, DSX MMC-dən 40 min ədəd mələfə və 30 min ədəd balınc üzü alacaq.

Buna görə Dövlət Xidməti "ME.GA.AN" şirkətinə 467 min 280 manat ödəyəcək.

Məlumat üçün bildirək ki, "ME.GA.AN" MMC 2 iyun 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC Bakı şəhəri, Sabunçu rayonu, Sabuçnu STQ, şəhər şossesi döngə 1, ev 7 ünvanında yerləşir. MMC-nin qanuni təmsilçisi Həsənəliyev Mehman Ənvər oğludur.

Məlumat üçün bildirək ki, ME.GA.AN" MMC-nin bu günə olan məlumata görə dövlət büdcəsinə 23 min 365 manat 17 qəpik vergi borcu var.

Xatırladaq ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə qadağandır.


Müəllif R. Məmmədli

Mənbə Yeniavaz.com

Bənzər yazılar

0.22014093399048