55 minlik zinət əşyası gəzdirən ŞOU-BİZNES ƏHLİ - VİDEO

 11-06-2022

Ötən həftə prodüser Tarix Əliyev (Tolik) özünə dəm-dəsgahlı doğum günü məclisi təşkil edib.

MillətinSəsi.info xəbər verir ki, doğum günündə şou-biznes xanımları dəbdəbəli geyimləri və daş-qaşlı zinət əşyaları ilə diqqət çəkiblər. 

Geyimlərinin qiyməti haqqında isə MTV-də yayımlanan “MTV maqazin” verilişinə danışıblar.

Məclisə yaşıl rəngli geyimi və qızılı rəngli çantası ilə qatılan Türkan Vəlizadə libasına 1 000 manat, “Fendi” markasına məxsus çantasına 2 000 dollar (3 400 manat), burnu açıq, dikdaban ayaqqabısına isə 500 manat xərclədiyini bildirib. Müğənninin qolundakı “Cartier” brendinə məxsus qolbaqlar 2 000 manat, çantasında gəzdirdiyi ətir isə 1 700 manatdır.

Vəlizadənin “look”u toplam 7 600 manat təşkil edib. 

Müğənni Aysun İsmayılova isə gecəyə şəxsi atelyesinə məxsus bənövşəyi “kokteyl” libası ilə qatılıb. Aysun geyiminin 400 manat, gümüşü, burnu açıq, dikdaban ayaqqabısının qiyməti isə 580 manat olduğunu vurğulayıb. Aksesuarlara gəldikdə isə, müğənni bir üzüyü üçün 2 500 dollar (4 250 manat), ikinci üzüyünə 4 800 manat, saatına isə 600 manat xərcləyib.

Aysunun toplam “look”unun qiyməti 5 830 manatdır.  

Opera və vokal ifaçısı Lətifə Soyuözün üzərində gəzdirdiyi zinət əşyalarının və geyiminin qiyməti isə xüsusilə diqqət çəkib. Müğənninin obrazı üçün xərclədiyi qiymətə ev almaq olar desək, heç də yanılmarıq. Belə ki, müğənninin qolunu bəzəyən “Rolex” firmasından olan saatı 37 000 manat, “Cartier”ə aid üç bilərziyi 7 000 dollar(təxmini 11 000 manat), çantası isə 6 600 manatdır. Ümumi olaraq L.Soyuözun obrazı 55 000 manatdan çox təşkil edib.

Ətraflı süetdə:

Bənzər yazılar

0.20234513282776