"7 ay allergiya deyib müalicə etdilər" - Həmkarı Natəvanın xəstəliyindən DANIŞDI

 21-07-2023

"Natəvan çox abırlı və qürurlu adam idi. Dərdini özü çəkirdi. Problemini şoulaşdırmadı. Amma köməyə ehtiyacı var idi. AZTV-dən aldığı 1000 manatı səhhətinə xərcləyirdi. Amma hər birimiz bilirik, bu məbləğ xərcəng xəstəliyi üçün müalicədə yetərsiz idi. Onu Bakıda Toma adlı bir həkim əməliyyat etmişdi. Əməliyyatdan sonra bədənində səpkilər yarandı. 7 ay həmin həkim səpkilərə allergiya deyib müalicə etdi. Onun getdiyi allergoloq 3 dəfə Natəvana səndəki problem onkolojidir dedi. Onkoloq xanım isə Natəvana əksini dedi. Beləcə Natəvan Türkiyəyə dünyaca tanınmış onkoloq Gül Başaranın yanına getdi. Professor ona bu səpkilər metastazdır dedi".

Bu fikirləri jurnalist Qənirə Ataşova rəhmətə gedən həmkarı Natəvan Babayeva haqqında sosial media hesabında qeyd edib. Natəvanın qohumları, qardaşı İsrafil, jurnalistlər Əfsanə Mehdiyeva, Fidan Quliyeva, Pərviz Həşimli, Milli Onkologiya mərkəzinin baş həkimi Azad Kərimli dostluğunuz və insanlığınız üçün var olun!

Bu dünyadan hamımız gedəcəyik. Sıra ilə. Amma əməllərimiz qalacaq".

Qeyd edək ki, Natəvan Babayeva uzun sürən onkoloji xəstəlikdən sonra 46 yaşında vəfat edib.    

Bənzər yazılar

0.36722183227539