Nazir Adil Kərimli müzakirələrə səbəb olan qalaya getdi 

 14-07-2023

Mədəniyyət naziri Adil Kərimli iyulun 14-də Lənkəran şəhərindəki Mədəniyyət Mərkəzində vətəndaşları qəbul etdikdən sonra Dairəvi qalaya (Zindan qala) baxış keçirib.

Nazir Adil Kərimli qalada aparılan təmir-bərpa işləri ilə tanış olub, müvafiq tapşırıq və göstərişlərini verib.

Qeyd edək ki, qalanın dam örtüyünün çökməsi ilə əlaqədar abidə qəzalı vəziyyətə düşüb. Qala sonuncu dəfə 2008-ci ildə bərpa olunub. Lakin sonradan tarixi abidənin damında yaranmış problem tikiliyə ciddi ziyan vurub.

Məlumat üçün bildirək ki, XVIII əsrin ikinci yarısına aid Dairəvi qala Lənkəran qala sisteminin cənub tərəfdən dayaq məntəqəsi olub. XIX əsrin əvvəlində bölgə rus qoşunları tərəfindən işğal olunduqdan sonra tikili həbsxana kimi istifadə edilib. Abidənin hündürlüyü 20 metr, diametri 72 metr, istinad divarlarının qalınlığı aşağı ətrafda 2,8 metr, yuxarıda isə 1,5 metrdir.

Qala Nazirlər Kabinetinin 2001-ci il 2 avqust qərarı ilə yerli əhəmiyyətli tarixi abidə hesab olunur və dövlət tərəfindən mühafizə edilir.

 

Bənzər yazılar

0.41264915466309