Qardaşına qaraciyər bağışlayan azərbaycanlı müğənninin VƏZİYYƏT PİSDİR

 08-06-2022

Bir müddət əvvəl qaraciyərinin bir hissəsini qardaşı Kamran Kərimbəyova verən müğənni Nərmin Kərimbəyovanın səhhəti ağırlaşıb.

Baku.ws xəbər verir ki, sənətçinin Türkiyədə həyata keçirilən əməliyyatından sonra vəziyyəti hər ötən gün daha da pisləşib. Bu səbəblə də ifaçı təcili olaraq reanimasiyaya yerləşdirilib. 
Müğənninin qaraciyərinin bir hissəsi nəql edilən qardaşı Kamran Kərimbəyovun səhhəti isə yaxşılaşmağa doğru gedir.

Qeyd edək ki, Nərminin qardaşı uzun illərdir hepatit B xəstəliyindən əziyyət çəkirdi.

Bənzər yazılar

0.19480991363525