Kadıköydə balta ilə insanları təhdid edən ŞƏXS SAXLANILIB - VİDEO 

 08-06-2022

İstanbul Kadıköydə kimliyi bilinməyən şəxs əlində balta ilə ətrafdakı insanları təhdid edib.  

Dünən axşam saat 17.00 radələrində bir kişi əlindəki baltanı yelləyərək ətrafdakı insanları söyməyə və hədələməyə başlayıb. Bir müddət sonra insanlar tərəfindən müdaxilə olunub və yerə yıxdırılaraq əlindən balta alınıb. Şübhəli şəxs hadisə yerinə gələn polis tərəfindən polis şöbəsinə aparılıb. Hadisə ilə bağlı araşdırma aparılır.

Mənbə: Sondakika

Bənzər yazılar

0.54644989967346