İstanbul Dənizlidə bir qadın marketdən çılpaq halda alış-veriş edib. Səhər saat 05:00 radələrində marketin qarşısında dayanan taksidən çılpaq halda bir qadın enib və görünüşünə fikir vermədən marketə daxil olaraq alış-veriş edib. Sonra isə market işçilərinin və müştərilərin təəccübünə fikir vermədən yenidən taksiyə minərək ərazidən uzaqlaşıb.
Yarıçıplaq qadının əks olunduğu təhlükəsizlik kameraları qeydlərinin market işçiləri tərəfindən sosial şəbəkələrdə paylaşılması və insanların narazılığı mühafizə polisi tərəfindən qadın barəsində araşdırmanın başladılmasına səbəb olub. Nəticədə taksi sürücüsü tapılıb və qadının kimliyi müəyyən edilib. Yaşadığı ünvanda olmayan və bölgə xaricində olduğu deyilən qadın ifadəsinin alınması üçün polis şöbəsinə dəvət edilib.
Mənbə: Sondakika