İspaniya hökuməti yeməkləri tullayan restoran və supermarketlərə cərimə tətbiq edən qanun layihəsini təsdiq edəcək.
Ölkədə ev təsərrüfatları ildə təxminən 1,3 milyard kq, yəni adambaşına orta hesabla təxminən 31 kq ərzağı atır. Krallığın Nazirlər Kabineti bu tendensiya ilə mübarizə aparmaq niyyətindədir.
Təşəbbüs qida zəncirinin bütün iştirakçılarından israfçılığın qarşısını almaq üçün plan hazırlamağı tələb edir. Qaydalara əməl etməyən barlar, restoranlar və supermarketlər cərimələnə bilər.
Xüsusilə, hökumət məhsulları atmaq əvəzinə təkrar istifadəsinə üstünlük verməyi təklif edir. Beləliklə, qidaları qida banklarına köçürmək, onu şirələrə və ya mürəbbələrə çevirmək mümkündür.
Restoranlar müştərilərə yeməklərinin qalıqlarını özləri ilə apara biləcəkləri barədə xəbərdarlıq etməli, şirkətlər isə müddəti bitmiş qidaların daha aşağı qiymətlərlə satışını stimullaşdırmalı olacaqlar.
Ehtimal olunur ki, bu qaydalara əməl etməyən müəssisələri 2000 avrodan 60 000 avroya qədər cərimə gözləyir.Təkrar pozuntular halında cərimə yarım milyon avroya çata bilər. Eyni zamanda, qanun layihəsində yeməkləri tullayan şəxslərə qarşı tədbir görülməsi nəzərdə tutulmur.
Mənbə: El Pais