İtaliya polisi beynəlxalq araşdırma zamanı 4,3 ton kokain müsadirə edib.
Müstəntiqlərin fikrincə, bu, Avropada ən böyük narkotik müsadirələrindən biridir.
2 milyon avroya yaxın nağd pul da müsadirə edilib. İtaliya, Sloveniya, Xorvatiya, Bolqarıstan, Niderland və Kolumbiyada beynəlxalq narkotik alverində ittiham olunan 38 nəfərə qarşı qabaqlayıcı tədbirlər həyata keçirilib.
İstintaq Kolumbiya və ABŞ hüquq-mühafizə orqanları da daxil olmaqla bir ildən çox davam edib.
Mənbə: TASS