İlon Mask “Twitter”i almaqdan İMTİNA EDƏ BİLƏR

 07-06-2022

“Twitter” sosial şəbəkəsini almaq niyyətində olan amerikalı sahibkar İlon Mask şirkəti platformadakı saxta hesablar haqqında məlumat əldə etməsinə mane olmaqda ittiham edib.

O, belə davam edəcəyi təqdirdə şəbəkənin səhmlərini almaqdan imtina edə biləcəyini deyib.

İş adamı qeyd edib ki, “Twitter”in bu hərəkəti müqavilənin şərtlərinə uyğun olaraq üzərinə götürdüyü öhdəliklərin açıq-aşkar pozulmasıdır və o, bundan irəli gələn bütün hüquqlarını, o cümlədən əməliyyatları tamamlamamaq və birləşmə müqaviləsini ləğv etmək hüququnu özündə saxlayır.

Qeyd edək ki, mayın ortalarında Mask sövdələşmənin müvəqqəti dayandırıldığını elan edib. Lakin “Twitter” əməkdaşları razılaşmanın plana uyğun davam etdiyini və onun dayandırılmasının mümkün olmadığını bəyan ediblər.

Mənbə: lenta.ru

Bənzər yazılar

0.20858216285706