Reper 50 Cent müğənni Madonnanın açıq-saçıq şəklini yadplanetlilərin klassik obrazına bənzədib.
“Ümid edirəm ki, bu şəkli onun uşaqları çəkməyib. Kimsə ona 63 yaşında dincəlməsini söyləsin”, - 50 Cent zarafat edib.
Qeyd edək ki, reper Madonnanın çarpayıda gün eynəyilə çəkdirdiyi şəklini nəzərdə tutub. Pərəstişkarları isə bu sözlərə görə reperi yaşa görə ayrı-seçkilikdə və qadınlara nifrətdə ittiham ediblər.
Mənbə: gazeta.ru